"Bu, xərcəngin yeni müalicə üsulunun tapılmasına təkan verəcək..." - KƏŞF
Bizi izləyin

Səhiyyə

"Bu, xərcəngin yeni müalicə üsulunun tapılmasına təkan verəcək..." - KƏŞF

"Bu kəşf xərçəngin yayılmasının qarşısının alınması və artıq zədələnən orqanların bərpası üçün gözəl imkan yaradacaq..."

Publika.az "New Atlas" elmi-populyar jurnalına istinadla xəbər verir ki, Kembric universitetinin alimləri xərçəng metastazlarının inkişafında həlledici rol oynayan zülalı aşkar edib.

Bu kəşf nəinki xərçəngin yeni müalicə metodlarını tapmağa imkan verir, həm də metastazların əmələ gəlməsinin əsasında dayanan prosesin orqanizm üçün unikal olmadığını göstərir.

İnsan bədəninin hansı nahiyəsində yaranmasından asılı olmayaraq, xərçəng digər orqanları və ya toxumaları metastazlar yaranması kimi bəlli olan prosesin köməyi ilə özünə tabe edir ki, bu da müalicəni xeyli dərəcədə çətinləşdirir.

Yeni tədqiqatda britaniyalı mütəxəssislər təkcə metastazların yaranmasının yeni müxanizmini aşkar etməyib, həm də onun rolunu yenidən dəyərləndirib.

"Uzun müddət hesab edilib ki, metastaz yalnız xərçəng zamanı yaranan anomal prosesdir, lakin yeni tədqiqat göstərib ki, bu prosesdən həm də sağlam hüceyrələr istifadə edir, xərçəng isə, sadəcə, ondan öz məqsədləri üçün istifadə etməyi "öyrənib", - jurnal yazır.

Alimlər natriumun qeyri-selektiv sızma kanalı (NALCN) kimi bəlli olan hüceyrə strukturunu tədqiq edərək belə kəşf etməyə müvəffəq olub.

Belə kanallar hüceyrə membranlarında yerləşir və natriumun hüceyrəyə daxil olması və oradan çıxmasına nəzarət edir. İndi isə alimlər müəyyən edib ki, NALCN həmçinin hüceyrələrin toxumalardan qan axınına keçməsini nizamlayır, orada onlar digər orqan və toxumalarla udula bilər.

Tədqiqatçılar təcrübələri zülalın NALCN funksiyası bloklanan siçanlar üzərində apararaq, müəyyən edib ki, o, mədə, bağırsaq və mədəaltı vəz xərçənginin metastazını torədir. Tədqiqatçılar belə təcrübəni xərçəngi olmayan siçanlar üzərində keçirərkən, daha heyrətamiz kəşf edib. NALCN bloklanması ona gətirib çıxarıb ki, sağlam hüceyrələr öz "ana" orqanlarından başqa orqanlara miqrasiya edib. Məsələn, mədəaltı vəzin hüceyrələri böyrəklərə miqrasiya edərək bu orqanların sağlam hüceyrələrinə çevrilib.

"Bu kəşf mənim laboratoriyam tərəfindən son 30 ildə edilən ən mühüm kəşflərdəndir, - bunu tədqiqat qrupunun rəhbəri, professor Riçard Hilbertson deyib. - Biz təkcə metastazın həlledici amillərindən birini müəyyən etməmişik, həm də bunun ümumi anlamını "alt-üst" etmişik, göstərmişik ki, xərçəng sağlam hüceyrələrdəki prosesləri də öz məqsədləri üçün ələ keçirir. Bu kəşf gələcək tədqiqatlarla təsdiqini taparsa, bu, xərçəngin yayılmasının qarşısının alınması və artıq zədələnən orqanların bərpası üçün gözəl imkan demək olacaq".

Bundan öncə San-Fransiskodakı Kaliforniya universitetinin alimləri sübut edib ki, immun sistem aşkar etdiyi təqdirdə xərçəng hüceyrələrini məhv edə bilər.

Amerika tədqiqatçıları xərçəngə yoluxan hüceyrələri xüsusi markerlə nişanlamağı öyrənib, bunun nəticəsində immun sistem onları differensasiya edə bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm