Səhiyyə
Siqareti tərgitməyin ən effektiv üsulu – 3 günə...

Əgər siqareti tərgitməyə qərar vermisinizsə, bəzi qidalarla bədəninizdə olan nikotini təmizləyə bilərsiniz. Bunlara zəncəfil, gicitkən, kök, kök suyu, əmənköməci, alma, banan, sarımsaq, pomidor daxildir.
Publika.az siqaret aludəçisi olan oxucularına 3 gün ərzində bu pis vərdişdən can qurtarmağın ən effektiv üsulunu təqdim edir.
Siqaretin sağlamlığa mənfi təsirlərinin əhəmiyyətini qavramaq, siqaret tərgitmə müddətinin çətin ola biləcəyinə hazırlaşmaq vacibdir.
Siqaretdən asılılığın iki istiqaməti var: fiziki asılılıq və psixoloji asılılıq. Fiziki asılılığı yaradan nikotindir. Psixoloji asılılığa meyl isə fərdi xarakter daşıyır. Depressiyaya meylli, həyacanlı, problemlərdən qaçanlar psixoloji asılılığa daha çox meyllidir.
İlk 3 gün ən çətin dövrdür. Nikotindən məhrumluq əlamətləri olan narahatlıq, həyacan, konsentrasiya çətinliyi, depressiya və siqaret çəkmə arzusu bu dövrdə ortaya çıxa bilər. Bu vəziyyətin keçici olduğunu və 3-4 həftə içində azalaraq ortadan qalxacağını bilmək əhəmiyyətlidir. Bu dövrdə aktiv olmaq, çayxanadan, siqareti xatırladan kampaniyalardan uzaq durmaq, saqqız çeynəmək, çərəz yemək vacibdir.
Bəziləri üçün siqareti tədricən azaldaraq tərgitməq daha asan üsul ola bilər. Bu halda nikotin məhrumluğunun yan təsirləri daha azdır.
Tərgitmə üsulları
Xüsusilə ilk günlərdə siqaret çəkmə böhranından xilas olmaq üçün bəzi vərdişləri dəyişdirməkdə fayda var. Məsələn; çay və qəhvəylə birlikdə orqanizm çox siqaret istəyirsə, meyvə şirəsi ya da ot çayı içməyi sınayın.
Ayrıca siqaret çəkilən məkanlara bir müddət getməyin.
Spirt, qəhvə və çay siqaret istəyinizi artırırsa, bunlardan mümkün qədər qaçın.
Hər gün daha gümrah və sağlam olduğunuzu düşünün.
Özünüzü mükafatlandırın.
Nə üçün tərgitməyə qərar verdiyinizi düşünün.
Siqaretə başlama səbəbinizi, buna gətirib çıxaran təsirləri tapın və bunun qarşısını almağın yollarını axtarın.
Əllərinizi nə ilə məşğul edə biləcəyinizə dair bir plan tərtib edin. Əgər əlinizdə siqaret olmadığını fərq etsəniz, onun yerini təsbeh kimi fərqli bir şeylə doldurmağa çalışın.

Tərgitmə yolları

Siqareti buraxdıqdan sonra nələr olar?
20 dəqiqə: Qan təzyiqi və ürək döyüntüləri normallaşır.
8 saat: Qanda oksigenin səviyyəsi qalxır, infarkt riski azalır.
24 saat: Karbonmonoksit bədəndən xaric olur. Ağ ciyərlərdəki bəlğəm, digər çöküntülər təmizlənməyə başlayır.
48 saat: Nikotin bədəndə artıq müəyyən olunmur. Dad və qoxu hisetmə duyğusu daha yaxşı işləyir.
72 saat: Tənəffüs yolları boşaldığı üçün nəfəs almaq asanlaşır.
2-12 həftə: Qan dövranı bütün bədəndə düzəlir. Öskürək, bəlğəm, təngənəfəslik və xırıltı azalmağa başlayır. Bədənin enerjisi artır, gəzmək asanlaşır.
3-9 ay: Öskürək, təngənəfəslik yox olur. Ağciyər funksiyası 5-10 faiz nisbətində artır.
5 il: İnfarkt riski siqaret çəkənlərin riskindən yarıbayarı azalır.
10 il: Ağciyər xərçəngi riski siqaret çəkənlərin riskinin yarısına düşür.
Buraxdıqdan sonra nələr olar?

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə