Şuşada xəstəxananın inşası üçün TENDER elan edildi
Bizi izləyin

Səhiyyə

Şuşada xəstəxananın inşası üçün TENDER elan edildi

Səhiyyə Nazirliyi Şuşada 90 çarpayılıq xəstəxana tikəcək.

Publika.az xəbər verir ki, bununla bağlı nazirlik tender elan edib. “Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxananın inşası (1-ci mərhələ)” üzrə tenderdə iştirak haqqı 3 000 AZN-dir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçılarına təklif edilir ki, təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.12.2022 10:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.12.2022 10:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təkliflərinin açılışı dekabrın 15-i saat 10:00-da sənədlərin təqdim edildiyi ünvanda aparılacaq. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm