Səhiyyə
ÜST-dən hantavirusla bağlı çağırış - “Yoluxma risklərini şişirdə bilərlər”
"İnsanlar "MV Hondius" laynerindəki xəstəlik alovlanmasına göstərilən yüksək diqqət səbəbindən hantavirusa yoluxma risklərini şişirdə bilərlər".
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının epidemiya və pandemiyalara hazırlıq və onların qarşısının alınması üzrə direktor vəzifəsini icra edən Mariya Van Kerkxove brifinq zamanı bildirib.
O, baş verənlərlə bağlı vətəndaşlara izahat verilməsinə çağırış edib. Təşkilat rəsmisi insanların riskin artdığını düşünə biləcəyini, lakin vəziyyətin belə olmadığını qeyd edib.
O izah edib ki, hazırda qurum laynerdə olan bütün şəxsləri yüksək riskli təmas qrupuna aid edir, lakin onlar ilk növbədə bir-birləri üçün təhlükə yaradırlar. Həmin şəxslər artıq xəstələnmiş insanlardan yoluxa bilərdilər, lakin hələlik onlarda hantavirusun simptomları özünü büruzə verməyib.
Xəstəliyin yayılması barədə ilk məlumat mayın 4-də yayılıb. "MV Hondius" layneri Atlantik okeanı vasitəsilə Argentinadan Kabo-Verdeyə reys həyata keçirərkən sərnişinlərin bir hissəsində ağır respirator xəstəlik əlamətləri yaranıb. Media orqanlarının məlumatına görə, virus laynerə Argentinadan düşə bilərdi.
Ekspedisiya zamanı gəmidə azı səkkiz nəfər yoluxub, onlardan üçü, o cümlədən Niderland və Almaniya vətəndaşları həyatını itirib. Aprelin 24-də, göyərtədə qeydə alınan ilk ölüm halından iki həftə sonra, dünyanın müxtəlif ölkələrindən olan azı 12 nəfər layneri tərk edib. Hazırda infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün həmin şəxslərin operativ şəkildə tapılmasına və yoxlanılmasına çalışılır.
Hüseyn İbadlı
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?











.png)

.jpg)









.jpg)














