İlham Əliyev və Serj Sərkisyan görüşdü
Bizi izləyin

Son dəqiqə

İlham Əliyev və Serj Sərkisyan görüşdü

Azərbaycan və Ermənistan prezidentləri Haaqada görüşüb

Amerikalı həmsədr əmindir ki, dövlət başçıları problemin həllini tapmaq əzmindədirlər

Martın 24-25-də Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında qısa görüş olub. Publika.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Tvitter səhifəsində yazıb.

C. Uorlik iki ölkə prezidentinin görüşünü müsbət qiymətləndirir və əmindir ki, dövlət başçıları problemin həllini tapmaq əzmindədirlər.


Xatırladaq ki, Haaqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüb. Eyni zamanda hər iki ölkənin prezidenti ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdən bir neçə gün öncə, martın 18-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki. Haaqa görüşündən sonra apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. “Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda konkret məsələləri müzakirə edirik. Gərək böyük sülh sazişinin üzərində işə başlayaq. Biz hansı istiqamətə getdiyimizi bilirik. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır”, Məmmədyarov qeyd edib.

O deyib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü müəyyən vaxt var.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm