Türklər Suriyanı bombaladı
Bizi izləyin

Son dəqiqə

Türklər Suriyanı bombaladı

türklər Suriyanı bombaladı

Türkiyənin Hatay vilayətinin Yayladağı mahalına atılan top mərmisinə cavab verilib.Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hatay valiliyi Suriyaya topçu birlikləri tərəfindən top atəşi açıldığını açıqlayıb.

“27 Mart 2014-cü il tarixində, saat 17:35 radələrində Yayladağı mahalının boş bir ərazisinə Suriya tərəfindən atılan top mərmisi düşüb. Top mərmisinin düşdüyü yer sərhəddən 3 kilometr məsafədə olub. Hər hansı bir itki qeydə alınmayıb. Sərhəddə yerləşən topçu birliklərimiz tərəfindən atəşin açıldığı bölgəyə cavab atəşi açılıb”, - Hatay valiliyin açıqlamasında deyilir.

Qeyd edək ki, mart ayının 23-də Suriya təyyarəsi Türkiyə sərhədləri yaxınlığında vurulmuşdu. Türkiyə tərəfi

təyyarənin sərhədi keçdiyi üçün vurulduğunu bildirsə də, rəsmi Dəməşq hadisənin məhz Suriya sərhədləri daxilində baş verdiyini iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm