Türkiyə parlamentindən 9 deputat istefa verir - Son dəqiqə
Bizi izləyin

Son dəqiqə

Türkiyə parlamentindən 9 deputat istefa verir - Son dəqiqə

Türkiyə parlamentindən 9 deputat istefa verir- Son dəqiqə

Publika.Az türk mediasına istinadən xəbər verir ki, yerli seçkilərdə namizəd olan və seçkini qazanaraq bələdiyyə sədri olmuş 9 millət vəkili parlamentə vida edəcək. 4 AKP, 3 CHP və 2 BDP millət vəkili bələdiyyəsədrliyi sənədlərini aldıqdan sonra Türkiyə parlamentinə istefa ərizələrini verəcəklər.

Türkiyə parlamentinndə ediləcək səs vermə ilə bu millət vəkillərinin üzvlüyü sona çatacaq. Beləliklə, parlament üzvlərinin sayı 548 nəfərdən 539-a düşəcək. AKP üzv sayı 314 olacaq. Kayseri millət vəkili Əhməd Öksüzkayanın da istefası səbəbiylə bu ədəd 313-ə geriləyəcək. 134 kürsüsü olan CHP də 131 üzvə düşəcək. 22 millət vəkili olan BDP isə 20-yəə enəcək.

Millət vəkiliykən bələdiyyə sədrliyinə namizəd olan adlardan Fatma Şahin Qaziantəpdə, Edib Uğur Balıkesirdə, Enver Yılmaz Orduda, Menderes Türel də Antalyada seçkini qazandı. BDP-dən Güldən Kışanak Diyarbəkirdə, Sirri Sakık Muşda, CHP-çi Rəcəb Gürkan Ədirnədə, Mehməd Kesimoğlu Kırklarelidə bələdiyyə sədri oldu. Əskişehirin Odunpazarı rayonunda da CHP Əskişehir millət vəkili Kazı Kurt seçkinin qalibi olub.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm