Ankarada aksiyalar başladı
Bizi izləyin

Son dəqiqə

Ankarada aksiyalar başladı

Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib

Ötən gecə Türkiyənin paytaxtı Ankarada bələdiyyə seçkiləri ilə bağlı etiraz aksiyası keçirilib. Publika.Az milliyet.com.tr-ə istinadən xəbər verir ki, ettiraz aksiyası Türkiyənin Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilib.

Aksiyaya səbəb hakim partiya üzvlərinin bələdiyyə seçkilərində qalib gəlməsi ilə əlaqədar Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarlarının narazılığı olub. CHP-nin namizədi Mansur Yavaş öz Tvitter səhifəsində tərəfdarlarına səslənərək hər hansı insident baş verməsini arzulamdığını yazıb.

Bu gün Ankarada Mərkəzi Seçki Komissiyasının binası qarşısında yenidən etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm