Son dəqiqə
Hərbi hissədə atışma: ölən və yaralananlar var
ABŞ-ın Fort Hud hərbi bazasında silahlı toqquşma baş verib. İlkin məlumatlara əsasən, aprelin 2-də, axşam bir nəfər hərbi bazanın ərazisində odlu silahdan ətrafdakılara hücum edəndən sonra atışma başlayıb, nəticədə hücum edən şəxs də daxil olmaqla 4 nəfər həlak olub, yaralananlar var.
Publika.Az “Azadlıq radiosu”na istinadən bildirir ki, xəbər
sayta hazırlanan məqamda hadisəni törədən şəxs, faciənin səbəb və
detalları haqda rəsmi məlumat açıqlanmamışdı.
Fort Hud hərbi bazası veb saytında yaydığı rəsmi
məlumatda atışma baş verdiyini təsdiq edərək, yaralananların
olduğunu və təcili yardım əməkdaşlarının hadisə yerinə gəldiyini
bildirmiklə kifayətlənir.
Baş verənləri «dəhşətli faciə» adlandıran ABŞ-ın müdafiə naziri
Chuck Hagel qısa şərhində ölən və yaralananların olduğunu
deyib.
Texas ştatında yerləşən Fort Hud təqribən 5 il əvvəl də
oxşar faciə səhnəsinə çevrilmişdi. 2009-cu il noyabrın
5-də bazada işləyən psixiatr Nidal Malik Hassan hərbi məktəbin
buraxılış mərasiminə hücum edərək 13 nəfəri öldürmüş, onlarla adamı
yaralamışdı.
Prezident Barack Obama da hadisə ilə bağlı dövlət qurumlarının iş
apardığını bildirərək, Fort Hudda daha bir faciənin baş verməsindən
kədərləndiyini deyib.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq