Putin Ukraynaya ordu yeritdi
Bizi izləyin

Son dəqiqə

Putin Ukraynaya ordu yeritdi

Bu dəqiqələrdə Rusiyaya məxsus BTR və döyüş tanklarından ibarət hərbi karvanın Ukrayna sərhədini keçməsi barədə məlumat yayılıb.

Axar.az UNİAN-a istinadla xəbər verir ki, hadisə Qərb jurnalistlərinin gözləri önündə baş verib.

“Nyu York Tayms”ın xüsusi müxbiri onlarla BPM, PDM, artilleriya daşıyan ağır texnikanı müşahidə etdiyi barədə məlumat verib.

Jurnalist Timur Olevski Qromad TV-nin efirindən 50 BTR-in Ukrayna ərazisinə keçdiyini bildirib. Hərbi karvan əvvəlcə “İzvarino” sərhəd-keçid məntəqəsinə yaxınlaşıb, daha sonra yoxa çıxıb.

Rusiya Xarici İşlər Nazirliyi isə Antiterror Əməliyyatları Mərkəzindən atəşi dayandırmağı tələb edib. Nazirlik bunu humanitar yardımın çatdırılmasına şərait yaradılması ilə izah edib.

Öz növbəsində Ukrayna Xarici İşlər naziri Pavel Klımkin rusiyalı həmkarı Sergey Lavrovla danışdığı barədə Tvitter hesabından məlumat verib:

“Bu dəqiqələrdə Sergey Lavrovla bu günün ikinci danışığını apardım. Hədəf dəyişməyib: Rusiya humanitar yardıma münasibətlə terrorçuların hərəkətinə görə məsuliyyəti öz üzərinə götürür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm