Sosial
15 yaşlı nişanlı oğlanın ailəsini tapdıq - Kürdəmirdə ŞOK - VİDEO
15 yaşlı yeniyetmənin nişanlanması ilə bağlı bir xəbər təqdim etmişdik. Xəbərdə Kürdəmirin bir kəndində valideynləri tərəfindən zorla nişanlanan oğlandan danışmışdıq. Bu gün əməkdaşlarımız həmin kənddə - Kürdəmirin Çölərəbqubalı kəndində olublar. Məlum olub ki, uşaq belə demək mümkünsə, adət-ənənələrin qurbanı olub.
XXI əsrdə göbəkkəsdi adətləri...
Dədə-babadan qalma ənənələrə riayət etməklə övladının gələcəyi ilə oynayan valideynlər. Son vaxtlar sosial şəbəkələrdə Kürdəmirdə 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib.
Həmin hadisə Kürdəmirin Çölərəbqubalı kəndində olub. "XəzərXəbər" həmin ailə ilə əlaqə saxlasa da, 15 yaşında zorla nişanlanmış Vasif adlı oğlanın anası Natəvan xanım çəkilişə icazə vermədi. Sadəcə "bu, bizdə el adətidir" deməklə kifayətləndi.
Məlum olub ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.
Kənd sakinləri də bu adətin doğru olmadığını deyirlər.
İstər yaşlısı, istərsə də cavanı erkən nişanlanıb evlənməyin əleyhinədirlər.
Kənd sakinlərinin sözlərinə görə, bu adətə əvvəllər daha çox riayət olunurdu. Hazırda az da olsa, bu ənənə qalmaqdadır.
Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır... Ancaq istənilən halda yəqin ki, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayacaq.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!