Sosial
Əhaliyə ŞAD XƏBƏR: yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclası keçirilib.
İclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan
respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun
layihəsi müzakirə edilib.
Qanuna dəyişiklik barədə məlumat verən Əmlak Məsələləri Dövlət
Komitəsinin Hüquq şöbəsinin müdiri İlqar Hüseynov deyib ki, qanuna
dəyişiklik torpaq mülkiyyətçilərinin hüquqlarının qorunmasına və
vətəndaş məmnunluğunun artırılmasına hesablanıb.
Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, icarədə və ya
istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək
olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə
hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı
olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət
qeydiyyatına alınacaq.
Qanuna təklif edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin
yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə
yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə
olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış
evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət
hüququnu təsdiq edən sənəd tələb olunacaq. Sadə dillə desək,
2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi
yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu
təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət
hüququna yiyələnəcək.
Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə olunub.
(apa)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?