Bakıda sürücü tum çıtlayaraq avtobusu idarə edir - (VİDEO)
Bizi izləyin

Sosial

Bakıda sürücü tum çıtlayaraq avtobusu idarə edir - (VİDEO)

Marşrut avtobusu sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, təhlükəli manevrlər etmələri, həmçinin sərnişinlərlə kobud rəftar etmələri ilə bağlı hallara tez-tez rast gəlinir.

Marşrut avtobusu sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, təhlükəli manevrlər etmələri, həmçinin sərnişinlərlə kobud rəftar etmələri ilə bağlı hallara tez-tez rast gəlinir.

Birində sürücü tum çıtlayaraq avtobusu idarə edir, digərində isə sürücünün köməkçisi siqaret çəkərək sərnişinlərə narahatlıq yaradır.

Görüntülər Bakı və Mingəçevir şəhərlərində şəhərdaxili marşrut xətlərində qeydə alınıb.

202 nömrəli bu marşrutun sürücüsü sanki sükan başında yox, evdə rahat divanda əyləşib. Əlində tum olan sürücü sürət qutusunu dəyişmək üçün də digər əlini sükandan çəkməli olur.

Mingəçevirdə qeydə alınmış bu faktda isə sürücünün arxasında əyləşmiş konduktor siqaret çəkərək sərnişinlər üçün diskamfort vəziyyət yaradır.

Paytaxtda qeydə alınmış fakt ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişin avtobus hərəkətdə olarkən sürücünün qida qəbul etməsi və digər xətalarını müşahidə edərsə, 141 çağrı mərkəzinə müraciət edə bilər. Belə müraciət daxil olduqda daşıyıcı şirkətlə əlaqə saxlanılır və sürücü haqqında tədbir görülür.

Mingəçevirdəki fakt ilə bağlı isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirildi ki, vətəndaş xidmətin regional şöbəsinə müraciət etməlidir. Şikayət araşdırılıb əsasını tapdıqda sürücünün müqaviləsinə xitam verilir, əmək haqqından kəsilir və ya töhmət verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm