Erkən qış rejiminə keçilə bilərmi? - VİDEO - (VİDEO)
Bizi izləyin

Sosial

Erkən qış rejiminə keçilə bilərmi? - VİDEO - (VİDEO)

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bir sıra dağlıq və dağaətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir.

Tempraturun kəskin aşağı düşməsi isə paytaxtda vətəndaşları indidən istilik sistemlərini qoşmağa vadar edib. Evlərində kombi sistemi olanlar bunu etsə də, mərkəzi isitmə sisteminə qoşulu olan mənzillərdə yaşayanlar müxtəlif çıxış yolları axtarır. Bu isə erkən qış rejiminə keçmək məsələsini gündəmə gətirir. Bəs görəsən, erkən qış rejiminə keçirilə bilərmi?

Havaların kəskin soyuması ilə vətəndaşlar artıq istilik sistemlərini işə salıblar.

Amma mənzillərləri mərkəzi istilik sisteminə qoşulu sakinlərin belə bir imkanı yoxdur. Onlar ya digər vasitələrə əl atmalıdırlar, yaxud da rəsmi qış rejiminə keçidi gözləməlidirlər. Ölkə ərazisində qış rejiminə keçidə isə hələ bir ay qalıb.

Bəs görəsən, qış rejiminə erkən keçilməsi hansı hallarda mümkündür.

Məsələ ilə bağlı “Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, erkən qış rejiminə keçid birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə “Azəristiliktəhcizat”a yox, eyni zamanda “Azəriqaz” və “Azərişıq”a da şamil edilir.

Ümumilikdə isə erkən qış rejiminə keçidin əsas şərti 3 gün ard-arda sutkalıq orta temperaturun 6 dərəcədən aşağı olmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə verilən məlumata görə, havanın temperaturu həftənin ilk günündə gündüz 9, gecə isə 7 dərəcə isti təşkil edəcək. Belə çıxır ki, sutkalıq orta tempraturun 6 dərəcədən aşağı düşməsi hələ gözlənilmir.(xezerxeber)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm