Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi - - FOTO
Bizi izləyin

Sosial

Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi - - FOTO

Fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri əvvəl şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ETSN-nin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub.

Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.

Tədbirdə iştirak edən yerli ictimaiyyətin nümayəndələri dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıqlarını bildirib, bu tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını qeyd ediblər.

Şəhid Ü.Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm