Sosial
Azərbaycanlı uşaqları xristianlaşdırdılar və... - - VİDEO
Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı Davud
Əliyevin başına dəhşətli hadisə gəlib.
Publika.az xəbər verir ki, D.Əliyevin azyaşlı olan iki
qızı üç il öncə Alman Gənclik Qurumu tərəfindən əlindən alınaraq,
xristianlaşdırılıb.
40 yaşlı D.Əliyev Kölndə miqrant düşərgəsində mühafizəçi
işləyir.
“Keçmiş sevgilimlə 6 il qeyri-rəsmi nikahda yaşadıq. Tamilla (8) və
Armanda (10) adlı iki qızımız var. Sonradan həyat yoldaşımla
ayrıldıq və uşaqlarım anaları ilə qaldı. Bir müddət sonra
qızlarımın vəkalətini almaq üçün məhkəməyə müraciət etdim və
məhkəmə mənim lehimə qərar çıxardı. Bundan sonra başıma min oyun
gəldi”, - deyə o bildirib.
Məhkəmə qərarından sonra Davudun həyat yoldaşı ondan məhkəmə
şikayət edir.
D. Əliyev bildirib ki, qızları onunla qalanda anası onlara
baxırdı:
“Bir dəfə qızlarımla birgə Vyanaya tətilə getdik. Həmin vaxt
uşaqlar məhkəmə gedə bilmədilər. Bunu əsas gətirən Alman Gənclik
Qurumu müxtəlif iftiralar ataraq, uşaqları mənim əlimdən aldı.
Həmin vaxt hüquqlarımı tam olaraq bilmirdim. Üç ildir
məhkəmələrdəyəm və uşaqlarımın üzünü indi-indi görməyə başlamışam.
Ayda iki dəfə görməyə icazə verirdilər”.
Onun sözlərinə görə, qızları xristianlaşdırılıb.
“Gənclik qurumuna bildirmişdik ki, uşaqlar müsəlmandır və ana
dilləri olaraq Azərbaycan və türk dillərini öyrənməlidirlər. Onlar
isə uşaqlarıma yalnız alman dilini öyrədiblər, xarici dil olaraq da
ingilis dilini tədris ediblər”, - deyə D. Əliyev bildirib.
Nəriman
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?