Öncüllər sırasında iki yaşlı GƏNC, amma xəbərləri ilə qocaman “Report”
Bizi izləyin

Sosial

Öncüllər sırasında iki yaşlı GƏNC, amma xəbərləri ilə qocaman “Report”

Bu gün “Report” İnformasiya Agentliyinin 2 yaşı tamam olur.

Bu gün “Report” İnformasiya Agentliyinin 2 yaşı tamam olur.

Publika.az xəbər verir ki, 2014-cü ilin bu günündə Azərbaycan mediasında ilk addımlarını atan “Report” qısa zamanda iki yox, bir neçə illik məsafə qət edərək elektron kütləvi informasiya vasitələri sırasında ön sıralardan birində qərarlaşıb.

Elə baş redaktoru Murad Əliyev də iki il ərzində Report.az-ın bir çox uğurlara imza atdığını vurğuladı: “Hər bir mətbuat orqanının əsas uğuru gündəlik xəbər axınında öz yerini tuta bilməkdir. Bu baxımdan artıq demək olar ki, “Report” həm oxucular üçün maraqlı xəbər resursu, həm digər mətbuat orqanları üçün etibarlı istinad mənbəyi kimi özünü təsdiqləyib. Gün ərzində 100-dən çox KİV nümunəsi “Report”un xəbərlərinə istinad edir və bunlardan bir qismi xarici mətbuat orqanlarıdır. Fəaliyyətimiz bir sıra qurumlar tərəfindən də öz qiymətini alır. Misal üçün ötən il “Report” Gənclər və İdman Nazirliyi tərəfindən idman xəbərlərini ən yaxşı işıqlandıran informasiya agentliyi kimi seçilib. Bundan başqa, Azərbaycanın regionlarında baş verən hadisələrin operativ, ətraflı işıqlandırılmasına nail ola bilmişik”.

Fəaliyyətə başladığı gündən “Report” komandası ölkənin ictimai-siyasi, mədəni, idman tədbirlərini hərtərəfli işıqlandırmağı qarşısına hədəf qoyub. Bu səbəbdən hər işə başladığımız günün öz tələbi olur, informasiya ardınca qaçhaqaç olur: “Arzular hər gün daha da çox olur. Əgər 2 il əvvəl geniş oxucu kütləsinin rəğbətini qazanmağı arzulayırdıqsa, bu gün bizə inanan və daima saytımızı izləyən oxucularımız üçün onları maraqlandıran daha geniş spektrdə fəaliyyət göstərməyi arzulayırıq. Digər arzular ümumilikdə media sektorunu əhatə edir – xəbər axtarışında olan jurnalistlər üçün bəzi qurumların yaratdığı bürokratik əngəllər aradan qaldırılsa, işimiz daha da operativ olardı”.

Baş redaktor qeyd etdi ki, bu gün “Report”da formalaşmış komanda var: “Ən əsası bu komanda medianın baza prinsiplərinə əsaslanaraq öz üslubunu yaradıb. Bu gün onlarla biznes strukturu Report.az-ın xəbərlərinə abunədir, gündəlik bülletenlərimizi alır. Bir məsələni də qeyd edim ki, “Report” kollektivi əsasən gənclərdən təşkil olunub və bəlkə də Azərbaycan media məkanında ən gənc kollektivdir. Arzu edirəm ki, uğurlarımızın miqyası bundan da çox olsun”.

“Report” İnformasiya Agentliyinin Siyasət şöbəsinin redaktoru Pərvin Abbasov isə peşəkar kollektivin uğurlarının səbəbini operativlikdə, dəqiqlikdə və qərəzsiz informasiyalarda görür: “Report” fəaliyyətə başlamazdan əvvəl burdayam, yəni, iki ildən artıqdır. Ölkənin ən gənc kollektivinin çalışdığı Report.az İnformasiya Agentliyi sutka ərzində Azərbaycan dilində orta hesabla 180-190, rus dilində 110-120, ingilis dilində 50-60 xəbər istehsal edir. Müasir dünyada xəbəri yaymağın iki variantı var: dəqiqləşdirib yaymaq, yaxud əlinə keçən xəbəri yaymaq. İkinci variantı üstün tutanlar informasiyanı gecikdirməmək üçün edirlər. Amma biz birinci variantda işləyirik, yəni, dəqiqləşdirilməmiş xəbəri “Report”a yerləşdirmirik. Lakin operativliyi də qoruyuruq. Düzdür, bu, çətindir. Ancaq bacarırıq.

“Report” fəaliyyətə başlamasından cəmi iki il keçməsinə baxmayaraq, informasiya bazarına sürətlə daxil oldu və özünəməxsusluğu ilə fərqləndi. Ölkənin əksər televiziyaları, radio və saytların demək olar, hamısı Report.az-a istinad edir, xəbərlərimizi yayır. Xəbərlərimizi istinadla yayanlar arasında beynəlxalq KİV-lər, o cümlədən televiziya və agentliklər də var.

“Report” qısa müddət ərzində Azərbaycan mətbuatı üçün jurnalistlər də yetişdirməyə başlayıb ki, bu da böyük uğurdur.

Bundan başqa, biz ölkənin demək olar ki, bütün rəsmi qurumları, ölkədəki və xaricdəki səfirliklərlə, qeyri-hökumət təşkilatları ilə də işləyirik, onların demək olar ki, hamısı bizi tədbirlərinə çağırır, press-relizlərini göndərir.

Çalışacağıq ki, gələcəkdə də uğurlarımızın sayını artıraq. Kollektivimizə, “Report”un öncüllər sırasında yer almasında əməyi olan hər kəsə təçəkkürümü bildirir, komandamıza uğurlar arzulayıram”.

Publika.az olaraq biz də “Report.az” kollektivini təbrik edir, həmkarlarımıza bol-bol uğurlar arzulayırıq!

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm