Bakıda 4 min mənzil söküləcək
Bizi izləyin

Sosial

Bakıda 4 min mənzil söküləcək

Növbəti 5 ildə Bakıda 350 bina inşa ediləcək.

Növbəti 5 ildə Bakıda 350 bina inşa ediləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, bu barədə yeni təqdim edilmiş pilot layihədə qeyd olunub.

Tikintisi üçün razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 ha-dan çoxdur. Layihəyə uyğun olaraq söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb və komitə tərəfindən razılaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

Ərazi planlaşdırma sənədlərinin 5 ha-dək ərazilər üçün (1 ha-dan az olmayaraq) hazırlanması təc­rübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

Ərazisi 2 hektara qədər məhəllənin tikintisi üçün tikinti-planlaşdırma eskizinə ayrı-ayrı yaşayış tikintisi sahələri üçün torpaqdan istifadə planının sərhədləri əlavə olunur. Ayrı-ayrı yaşayış tikintisi sahələrinin ardıcıl tikintisi son nəticədə abadlaşdırma, yaşıllaşdırma və mühəndis təminatı elementləri ilə birlikdə həyət hissəsinin yaranmasını təmin edəcəkdir.

Bir hündürmərtəbəli binanı 30 sot ərazidə yerləşdirməklə bir hektarda belə ayrı-ayrı yaşayış tikintisi sahələrinin sayı tikilinin hündürlüyündən asılı olaraq 3 və ya 4 ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm