Ər 3 uşaq anasını boğdu - QƏBƏLƏDƏ
Bizi izləyin

Sosial

Ər 3 uşaq anasını boğdu - QƏBƏLƏDƏ

Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm