Yağışlar kənd təsərrüfatına 1-2 illik ziyan vurub
Bizi izləyin

Sosial

Yağışlar kənd təsərrüfatına 1-2 illik ziyan vurub

Bu cür təbiət hadisələri yalnız cari ildə məhsuldarlığa təsir etmir, torpağın üst qatının yuyulması növbəti illər də təsirsiz ötüşmür.

Oktyabr ayı ərzində yağan yağışlar bir sıra kəndlərdə sürüşmələrə səbəb olub. Sürüşmə sahələrinin bir qismi əkin sahələri olan ərazilərdir. Nəticədə bəzi ağacların üzərindəki meyvələrlə birlikdə məhv olub.

Bu cür təbiət hadisələri yalnız cari ildə məhsuldarlığa təsir etmir, torpağın üst qatının yuyulması növbəti illər də təsirsiz ötüşmür.

Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Publika.az-a açıqlamasında yağışlı havanın kənd təsərrüfatına ciddi zərər vurduğunu bildirib: “Bu cür hava yığımı başa çatdırılmayan meyvələr və pambıq üçün zərərlidir. Nəzərə almalıyıq ki, xurma, alma, narın yığımı tam başa çatmayıb. Ən çox zərər isə pambıqçılığadır. Çünki yağış birbaşa onun keyfiyyətinə təsir edir, bu da onun daha ucuz satılması deməkdir. Həmçinin bir çox ərazilərdə yağış erroziyası yaranır. İntensiv yağışlar torpağın üst qatını yuyub aparır. Bu hal daha çox yamaclarda müşahidə edilir. Düzən və şum aparılmış ərazilərdə bir təhlükə yoxdur. Ancaq Şamaxı, Quba, Qusar kimi rayonlarda yağış torpağın üst qatında erroziyaya səbəb olur. Bu da dolayısı ilə gələcəkdə məhsuldarlığın aşağı düşməsi deməkdir”.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun isə yağışın pambıqdan başqa kənd təsərrüfatının bütün sahələri üçün xeyirli olduğunu deyib: “Yağışlı hava torpağı yetərincə nəmliyi təmin edir. Lakin hava pambığın yığım prosesini ləngitdi. Düzdür, əkin mərhələli şəkildə aparıldığına görə, məhsul eyni vaxtda yetişmədi. Nəticədə yağışlar pambığın məhsuldarlığına da təsir etməmiş oldu. Yağış yağdığı günlərdə açılmış pambıqlarda lifin keyfiyyətinə ziyan dəyə bilər. Əksər sahələrdə bu təsir hiss olunmadı. Bugünkü məlumata görə, 45 500 ton məhsul istehsal olunub. Bu günlərdə havanın temperaturunun normal olması, yığım prosesinə müsbət təsir edir. Ayın sonuna yığım davam edəcək.

İntensiv yağışların torpağın üst qatında erroziyaya səbəb olması və bunun növbəti illər məhsuldarlığa təsirinə gəldikdə, İ.Cümşüdov bu ərazilərin çox da böyük olmadığını dedi: “Sel, suları yağışlarda bəzi ərazilərdə sürüşmə, yuyulma, torpağın üst qatında errozyaya səbəb olub.Lakin bunu bütün respublikaya aid etmək olmaz. Bizdə olunan məlumata görə, bu sahələr fərdi təsəhektarı keçməyib, cüzi sahələri əhatə edib. Üst hissəsini geri qaytarmaq, peyin verməklə minbitliyi bərpa etmək olar. Həmçinin ağac əkmək, arxlar çəkməklə də torpaq bərkidilə bilər. Bir-iki ilə torpağın məhsuldarlığı geri qayıdacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm