Sosial
Daxili kreditlə mənzil alarkən diqqətli olun!
Bina evlərini bir çoxları ipoteka ilə əldə etməyə üstünlük verir. Ancaq hazırda yeni inşa edilən binalardan mənzil almağın daha geniş yayılan üsulu daxili kreditlə mənzil almaqdır.
Yəni vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayır və pulu banka yox tikinti şirkətlərinin özünə ödəyirlər. Ekspertlərin bu yolla ev alanlara riskdən yayınmaq üçün tövsiyyələri var.
Yeni inşa edilən binalardan vətəndaşlar əksər hallarda daxili kreditlə alırlar. Ancaq bu zaman tikinti şirkəti ilə vətəndaşın sövdələşməsi heç də həmişə yaxşı sonluqla bitmir.
Belə problemlər isə tikinti şirkətlərinin daxili kreditinin nə qədər etibarlı olduğu məsələsini gündəmə gətirir. Vətəndaş bu kreditlərin etibarlılığına necə əmin olmalıdır?
Ekspert Ruslan Atakişiyev bildirir ki, vətəndaşlar daxili kreditlə mənzil alarkən sonda çətin vəziyyətdə qalmamaq üçün bəzi nüanslara xüsusi diqqət yetirməlidirlər.
Ekspert bildirir ki, bir çox tikinti şirkəti möhürlü qəbzlərlə maliyyə sənədləri ilə müştəriləri aldadıb asanlıqla onların pullarını mənimsəyə bilər. Buna görə maliyyə sənədləri ilə yanaşı vergi sənədlərinin də yoxlanılması və tələb edilməsi sizi gələcək risklərdən sığortalaya bilər.
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR