Gənclərdən nümunəvi addım - - VİDEO
Bizi izləyin

Sosial

Gənclərdən nümunəvi addım - - VİDEO

Düz 5 il əvvəl Bakıda bir qrup gənc nümunəvi aksiyaya başlayıblar. Onlar məzarlıqlarda şəhid qəbirlərini taparaq, silib təmizləyir, ətrafında təmizlik işləri aparırlar.

Düz 5 il əvvəl Bakıda bir qrup gənc nümunəvi aksiyaya başlayıblar. Onlar məzarlıqlarda şəhid qəbirlərini taparaq, silib təmizləyir, ətrafında təmizlik işləri aparırlar. İndiyə kimi 50-yə yaxın gənc bu aksiyaya qoşulub. “Xəzər Xəbər” həmin gəncləri taparaq şəhid məzarlarının təmizlənməsi prosesini lentə alıb.

Özləri ilə su, bez parçası və qərənfil gətirərək işə başlayan bu gənclər 5 ildir maraqlı aksiya keçirir.

Onlar "Hər ay bir gün" adlı aksiya çərçivəsində ayda bir dəfə şəhid məzarlarını, həmçinin şəhidlərin yaşadıqları binalara vurulmuş şəhid lövhələrini və ətrafını təmizləyirlər.

Gənclər deyir ki, onlar bu aksiya ilə şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirmək istəyirlər.

Gənclər bu aksiyaya davam edəcəklərini və sıralarının genişlənəcəyinə inandıqlarını bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm