Sosial
Soyuducu anbarlar boş qalıb - - VİDEO
Şamaxıda Fermerlərin təlabatını qarşılamaq məqsədi ilə 3 soyducu anbar tikilib. Onlardan ikisi rayon mərkəzində, biri isə Kərkənc kəndindədir. Hər il anbarlarda əsasən rayonda yetişdirilən üzüm və xurma saxlanılıb. Bu il isə qış yaxınlaşmasına baxmayaraq hələ də anbarlara məhsul təqdim edən olmayıb.
Bu anbarlar sahibkarlara məxsusdur. Onlar məhsulun saxlanma qiymətində dəyişiklik etmədiklərini, əvvəlki illərdəki kimi hər ay üçün 1 kiloqram məhsula 20 qəpik təyin etdiklərini bildirirlər. Məhsul sahibləri isə bu qiymətlərin yüksək olduğunu deyilər.
Onların sözlərinə görə, sahibkarların qiymətlərdə güzəştə getməməsi anbarların boş qalmasına səbəb olur. Üzümü anbara yerləşdirdikə isə məhsulun qiymətinə ciddi şəkildə təsir edir. Bu il məhsuldarlıq yüksək olsa da, anbara yerləşdirmək baha başa gəldiyindən dəyər-fəyməzinə satdıqlarını bildirirlər.
Sahibkar isə soyuducunun çox xərc tələb etdiyini, bu səbəbdən də qiymətin normal olduğunu deyir.
Bəzi fermerlər özləri üçün anbar tikmək qərarına gəliblər. Onlar əldə etdikləri məhsulu şəxsi anbarlarında saxlayaraq qış aylarında bazara çıxarmaq niyyətindədirlər.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular