“Uşaq Qaynar Xətt” xidməti “Maarifləndirmə kampaniyası" keçirir
Bizi izləyin

Sosial

“Uşaq Qaynar Xətt” xidməti “Maarifləndirmə kampaniyası" keçirir

Azercell Telekom MMC –nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti mütəmadi olaraq həyata keçirdiyi "Maarifləndirmə kampaniyası" çərçivəsində tədbirlərini davam etdirir.

Azercell Telekom MMC –nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti mütəmadi olaraq həyata keçirdiyi "Maarifləndirmə kampaniyası" çərçivəsində tədbirlərini davam etdirir.

“Uşaq Qaynar Xətt" xidməti bu dəfə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə qeyd edilən "Uşaq Hüquqları" aylığı günü ilə əlaqədar Sabunçu rayonu, 252 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri, məktəb nümayəndələri və valideynlərin iştirakı ilə görüş təşkil edib. Tədbirdə Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti və eləcə də "Zərərli vərdişlər", "Erkən Nigahın qarşısının alınması", uşaqların hüquqlarına dair mövzuların təqdimatı və valideynlərlə birgə müzakirəsi aparılıb. Tədbirdə eyni zamanda iştirakçılara "Uşaq Qaynar Xətt " xidmətinə məxsus məlumat xarakterli buklet, stikerlər paylanılıb və şagirdləri maraqlandıran suallara cavab verilib.

2010-ci ildə Azercellin dəstəyi ilə Bakıda yaradılan “Uşaq Qaynar Xətt”-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub.

Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar istifadə edirlər.

Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Digər tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm