Bina rəhbərliyi sakinlərin hüququnu pozur - ANTENA QADAĞASI - (VİDEO)
Bizi izləyin

Sosial

Bina rəhbərliyi sakinlərin hüququnu pozur - ANTENA QADAĞASI - (VİDEO)

Buna səbəb şəhərcik rəhbərliyinin onların bu hüququnu məhdudlaşdırmasıdır. Belə ki şəhərcik rəhbərliyi özlərinin quraşdırdığı antenalar vasitəsi ilə sakinlərə müəyyən paket təqdim edir.

Buna səbəb şəhərcik rəhbərliyinin onların bu hüququnu məhdudlaşdırmasıdır. Belə ki şəhərcik rəhbərliyi özlərinin quraşdırdığı antenalar vasitəsi ilə sakinlərə müəyyən paket təqdim edir. Bu azmış kimi nə çanaq quraşdırmağa imkan verir, nə də alternativ şirkətlərin binaya xidmət göstərməsinə imkan verir.

Bakı və Abşeron yarımadasında inşa edilən bəzi şəhərciklərdə sakinlər televiya kanallarının baxmaqda seçim imkanından məhrumdu. çünki şəhərcik rəhbərliyi buna icazə vermir.

Milli Televiziya və Radio Şurasının şöbə müdiri İsa Məmmədov bildirir ki, bu cür yayım tamamilə qanunsuzdur. İsa Məmmədov yaşayış şəhərciklərində insanların kabel televiziyasına çıxışının məhdudlaşdırılmasını da qanunsuz hesab edir.

Milli Televiziya və Radio Şurasının rəsmisi bildirir ki, belə halla qarşılaşan vətəndaşlar məhkəməyə müraciət etməklə informasiya azadlığını təmin edə bilərlər. İsa Məmmədov bildirir ki, vətəndaşların keyfiyyətli və çoxseçimli televiziya yayımı əldə etməsi üçün hər bir binada kollektiv antena şəbəkəsi olmalıdır.

İsa Məmmədovun fikrincə kollektiv antenaların quraşdırılması üçün Mənzil-İstismar Sahələri, eləcə bina rəhbərlikləri aktiv rol oynayaraq bu problemi qısa zamanda həll edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm