Bakıda məşhur geyim mağazası bağlandı
Bizi izləyin

Sosial

Bakıda məşhur geyim mağazası bağlandı

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbəbləri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır.

Dünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan “Marks & Spencer” şirkəti Bakıdakı mağazasını bağlayıb.

Bakının ticarət mərkəzlərinin birində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb.

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbəbləri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır. Bakı, bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil.

Son məlumatlara görə, “Marks & Spencer” qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq.

Bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub. Belə ki, ilk 6 ayda “Marks & Spencer”in vergi qoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq (287,3 milyon dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır.

“Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib, 60 mağazamızı bağlayacağıq”, - deyə şirkətin açıqlamasında deyilir. Əvəzində “Marks & Spencer” “Simply Food” ərzaq dükanı şəbəkəsinin sayını artırmaq istəyir. Şirkət 2019-cu ilədək Böyük Britaniyada 200 yeni ərzaq dükanı açmağı düşünür. Xatırladaq ki, “Marks & Spencer” 1884-cü ildən fəaliyyət göstərir. (fins.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm