Bakıda ağac “qətliamı”
Bizi izləyin

Sosial

Bakıda ağac “qətliamı”

Paytaxtda növbəti dəfə qanunsuz ağac kəsilməsi hadisəsi baş verib.

Paytaxtda növbəti dəfə qanunsuz ağac kəsilməsi hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bazar günü, saat 11 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində olub.

Belə ki, naməlum şəxslər Cəlal Qurbanov küçəsində (“Aura” şadlıq sarayının yaxınlığındakı ərazidə) bir neçə ağacı kəsib. Bundan sonra isə kəsilmiş ağacları və budaqları yük maşınlarına yükləyiblər.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova faktın araşdırılacağını bildirdi.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm