Evimiz nə vaxt isinəcək?
Bizi izləyin

Sosial

Evimiz nə vaxt isinəcək?

Bu gündən etibarən istilik təhcizatında payız-qış mövsümünə start verilib.

Bu gündən etibarən istilik təhcizatında payız-qış mövsümünə start verilib. İlk gündən paytaxtın bəzi ərazilərində istilik sisteminin işə salınmaması ilə bağlı müraciətlər daxil olur.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev Publika.az-a bildirib ki,mərkəzi istilik sisteminə qoşulan binalarda istiliyin verilməsi bu gün axşam saatlarına qədər tam başa çatacaq:

“Artıq “Azəristilik”dən bütün ərazilərdə xidmət göstərən istilik istismar sahələrinə qrafikə uyğun qazanxanalar işə salınması ilə bağlı göstəriliş verilib. Bütün sistem su ilə doludur, qrafikə uyğun olaraq, bütün qazanxanalar işə qoşulacaq. Bütün qazanxanaları eyni vaxtda işə salmaq mümkün deyil. Bizim əməkdaşlarımız tərəfindən qazanxanalar açılır, “Azəriqaz” qazın təzyiqini tənzimlədikdən sonra sistem tam fəaliyyət göstərir. Heç bir qazanxanada problem yoxdur, günün sonuna qədər bütün rayonlara istilik verilişi başa çatdırılacaq”.

Ötən il “Azəriqaz” İB-nə olan borc səbəbindən yaranmış problemlərin bu il də təkrarlanmayacağını deyən, R.Əliyev heç bir abonentin istilik problemi yaşamayacağına söz verdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm