Uşaqlar üçün TƏHLÜKƏ: Bakıda şirniyyatın içindən görün nə çıxdı - - FOTOLAR
Bizi izləyin

Sosial

Uşaqlar üçün TƏHLÜKƏ: Bakıda şirniyyatın içindən görün nə çıxdı - - FOTOLAR

Məhsulun içindən belə əşyanın çıxması müəssisənin fəaliyyətinin hansı səviyyədə olduğunu əks etdirir.

Paytaxt sakinlərindən birinin ərzaq mağazasından aldığı “Dişləmə” nanəli noğulun içindən ip çıxıb.

Publika.az xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Bakı sakinlərindən biri çayla içmək üçün paytaxtın Binəqədi rayonu, II Mədən küçəsi ünvanında yerləşən, istehsalçı A.Kərimov tərəfindən qablaşdırılmış “Dişləmə” nanəli noğulu aldıqda şirniyyatın içindən çıxan sapı gördükdə gözlərinə inana bilməyib. O bildirib ki, məhsulun içindən belə əşyanın çıxması müəssisənin fəaliyyətinin hansı səviyyədə olduğunu əks etdirir.

Şirniyyat məhsulunun paketinin üzərində yazılmış telefon nömrəsi ilə əlaqə saxladıqda bildirdilər ki, məhsulun istehsalçısı başqa müəssisədir: “Biz qablaşdırma ilə məşğul oluruq. Şirniyyatın istehsalçısı başqasıdır. Biz onu hazır formada alaraq sadəcə qablaşdırırıq. Əgər belə bir şey aşkarlanıbsa, bu, həmin məhsulu satan adamın problemidir. Məsələni aydınlaşdırarıq görək niyə belə olub. Və yəqin ki, bununla bağlı lazımi tədbir görüləcək”.

Belə şəkər məhsullarını daha çox uşaqların xoşladığını nəzərə alsaq, adıçəkilən məhsulun təhlükəsi ikiqat artmış olur. Şübhəsiz ki, bu sap azyaşlıların nəfəs borusunda qalaraq onların həyatı üçün böyük təhlükə yarada bilər.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm