9 ayda 9 mindən çox boşanma
Bizi izləyin

Sosial

9 ayda 9 mindən çox boşanma

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm