Namaz necə zay olur?
Bizi izləyin

Sosial

Namaz necə zay olur?

Namazı pis qılmaq və sürətlə, tələsərək qılmaq - onu zay etməyin amillərindəndir.

Namazı pis qılmaq və sürətlə, tələsərək qılmaq - onu zay etməyin amillərindəndir. Allah Quranda buyurur: "Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər". ("Məryəm" 59).

Namazı tərk etməyin şəhvətin ardınca getməklə birbaşa əlaqəsi vardır. Necə ki, namaz insanı günahdan və fəsaddan saxlayar, namazı zay etmək də şəhvətin və nəfsani istəklərin ardınca getməyə səbəb olar. Əgər insan Allahla olan rabitəsini zay edərsə, nəslinin paklığını aradan aparar. (Tebyan)
Zay etmək o deməkdir ki, həmin əməli elə yerinə yetirəsən ki, həqiqi siması zahir olmasın. Onu yerinə yetirib-yetirməmək arasında fərq olmasın. Allah Təala buyurur: "Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır". ("Bəqərə" 143).
Namaz insanla günah arasında olan bir səddir və o zaman ki, bu sədd qırılar, insan günahın içində qərq olar. İlahi peyğəmbərlər (ə) Allah yanındakı məqamlarını Onu yada salmaqla əldə ediblər və nə zaman İlahi ayələr onlara oxunur, üzü üstə torpağa düşür və ağlayardılar. Onların davamçılarının yolunu azmağı, Allahı unutmaqlarına görə olmuşdur.
Namazı zay etmək - onu xarab etməkdir. Ona qarşı səhlənkar olmaqdır. Nəticədə iş o yerə gəlib çatar ki, onu bir vərdiş kimi qəbul edərlər. Hər kim namazını zay edər, bir gün onu tərk də edə bilər. 124 min peyğəmbərlər (ə) və on dörd Məsum (ə) bizə əmr edir ki, namazın vasitəsilə Allah qarşısında müti və itaətkar olaq. Hər kim bu hökmü yüngül hesab edərsə, çox dəyərsiz insan olar. Əgər insan Allahın bu qədər lütf və sevgisi qarşısında Onun vacibatını etməyə cəhd etməzsə, hər bir varlıqdan daha çirkin olar.
Hər kim namazı zay edər - cahildir, zəlildir və bədbəxtdir. İlahi övliyaların Allah yanındakı məqamları namazlarının həqiqi olması sayəsində olmuşdur. Onların namazla münasibətləri agahcasına və arifcəsinə idi. Namaz onların gözü və çırağıdır. Onlar namaz qılmadan yaşaya bilməzdilər və namazsız hərəkət edə bilməzdilər. Namazda özlərini unudardılar və onlar namaza qərq olardılar.
Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətim dörd dəstədirlər:
1. Səhlənkar namazqılanlar ki, namazdan qəflət edərlər. Vay o insanlara ki, namaza qarşı səhlənkardır. Onlar cəhənnəmim dərələrindən biri olan Veyl əhlidirlər.
2. O namazqılanlar ki, bəzən qılır və bəzən də qılmırlar, onlar cəhənnəmim başqa bir dərəsi olan Ğəy əhlidirlər.
3. O dəstə ki, heç bir zaman namaz qılmamışdır. "(Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?" Deyərlər: "Biz namaz qılanlardan deyildik"". ("Muddəssir" 42-43). Onlar cəhənnəmin başqa dərəsi olan Səqr əhlidirlər.
4. O insanlar ki, həmişə namaz qılırlar və namazda mütidirlər".
İlahi peyğəmbələr (ə) ömürləri böyu namaz qılmağa dəvət etmiş və Allahdan bunu övladları və nəsilləri üçün də istəmişdilər. "Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!". ("İbrahim" 40).

deyerler.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm