Əli Həsənovdan məcburi köçkünlərə: "Bakıda ağır şəraitdə yaşamaqdansa..."
Bizi izləyin

Sosial

Əli Həsənovdan məcburi köçkünlərə: "Bakıda ağır şəraitdə yaşamaqdansa..."

Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndinə gedib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndinə gedib.

Publika.az xəbər verir ki, Əli Həsənov əvvəlcə Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış oldu. Sonra Əli Həsənov yeganə ailə olan və 23 il Cocuq Mərcanlı kəndində yaşayan Həziyev Oktay Əbil oğlunun ailəsinə baş çəkib.

Ailə üzvləri ilə aparılan söhbət zamanı Oktay Həziyev bildirib ki, kənd işğal olunandan sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar. Həmin yerlərdə isə bəzi insanların biganə münasibəti ilə rastlaşıblar. Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş öz doğma kəndlərinə qayıdırlar. Öz doğma vətənindən uzaqda yaşamağın nə qədər çətin olduğunu deyən Oktay Həziyev doğma kəndi işğaldan azad olununandan sonra yenidən öz vətənində yaşamağın həm də mənlik və qürur hissi olduğunu bildirib.
Baş nazirin müavini qeyd etdi ki, Horadiz əməliyyatı kimi Aprel əməliyyatı da Azərbaycan tarixinin şanlı səhifələridir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lələ təpə yüksəkliyindən bütün dünyaya, Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. İstənilan vaxt bizim qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Ancaq Ermənistan tərəfi düz yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır”.

Əli Həsənov xüsusilə vurğuladı ki,O.Həziyevin ailəsi bütün məcburi köçkünlər üçün nümunədir, vətənpərvərlik göstəricisidir.

“Bu gün Bakı şəhərində acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə rayonlarda olan qəsəbələrdə imkan olduqca hər cür şəraiti olan evlər təklif edirik. Çünki bu insanlar əvvəllər də rayonlarda yaşayıblar və bizim xalqda torpağa bağlılıq daha güclüdür. Vətən doğulduğun torpaqdan başlayır. Hesab edirəm ki, məcburi köçkünlərimiz bunu başa düşməlidirlər və Bakıda ağır şəraitdə yaşamaqdansa, gəlib öz doğma yerlərində yaşamağa üstünlük verəcəklər. Bu gün cənab Prezidentin qayğısı nəticəsində məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Ancaq torpaqlar işğaldan azad olunandan sonra bu qəsəbələr həmin yerlərdə yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm