Sosial
Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar
Noyabrın 21-dən 25-dək Bakıda və Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncədə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda forum keçiriləcək.
Forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji abidələr, Qarabağın tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyəti arasında yayılmasıdır. Eyni zamanda, Avropa mediası ilə əməkdaşlığın qurulması və Avropa elmi gəncliyi vasitəsilə təbliğat işinin daha da genişləndirilməsidir.
Gəncədə davam edəcək forumda Avropanın gənc alimlərinin və media təmsilçilərinin iştirakı ilə multikulturalizmin Azərbaycan modeli barədə diskussiyalar təşkil ediləcək, onlar arasında ölkəmizin tarixi Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində dağıdılmış abidələrin problemi ilə bağlı birgə elmi məqalələrin hazırlanması, Avropada çap edilməsi və digər məsələlər müzakirə ediləcək.
Forumun açılış mərasimi noyabrın 22-də Bakıda olacaq. Tədbir işini noyabrın 23-24-də Gəncə şəhərində davam etdirəcək. (Azərtac)
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var