Sosial
Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.
APA-nın məlumatına görə, Şeyxülislam jurnalistlər üçün keçirilən “Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda 2 həftəlik seminarın açılışında bildirib ki, fəaliyyətində jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir.
O qeyd edib ki, jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var: “Mən artıq düşünmüşəm və hazırlanması üçün tapşırıq vermişəm ki, jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək”.
Qeyd edək ki, seminarın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və digər şəxslər iştirak edib.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər