Sosial
Bakıda jurnalist məşhur marketlər şəbəkəsini ifşa etdi - - VİDEO
Televiziya əməkdaşının Bakıda məhşur supermarketdən aldığı yumurta onu dəhşətə gətirib. ATV televiziyasının əməkdaşı Təranə Musayev "Araz" supermarketindən yumurta alıb. Yumurtanı sındıranda isə dəhşətə gəlib. Yumurtanın sarısı 'plastlin' şəklində olub və əl ilə istənilən formaya düşüb.
T.Musayeva "Facebook" profilində şahidi olduğu hadisəni belə canlandırıb: 'Bu yumurtanı 'Araz' marketdən almışam. Çiy olsa da, sarısını əlimlə istədiyim formaya sala bildim. Həyəcan təbili çalmaq lazımdır. Belə olmaz. Bizim günahımız nədir? Niyə müvafiq orqanlar ölçü götürmür? Yumurta nəlbəkidə bir az qalandan sonra rəngi dəyişib qəribə rəng aldı'.
Araz" Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev criminal.az-a açıqlamasında bildirdi ki, müştəri məmmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı kənd təsərrüfatı məhsullarının dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edirik.
Onun sözlərinə görə, "Araz" Supermarketər şəbəkəsinə daxil olan istehlakıçı şikayətləri dərhal araşdırılır: 'Hal-hazırda supermarketlərimizdə satışda olan yumurtalar Giləzi Quşçuluq MMC-dən alınır. Biz Giləzi Quşçuluq MMC-dən məhsulları alarkən onların uyğunluq sertifikatını da tələb edirik. Bu sertifikatlar ictimaiyyətə açıqdır. Qeyd olunan şikayətlə bağlı dərhal marketlərimizdə reydlər apardıq və nümunələr götürdük. Bu nümunələr keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanıldı. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmadı".
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO