“Əlil” adından istifadə edən sürücülər cəzalandırılacaq
Bizi izləyin

Sosial

“Əlil” adından istifadə edən sürücülər cəzalandırılacaq

Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar 10 manat cərimə ediləcəklər.

Azərbaycanda avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq.

Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, “əlil” tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaq. Bundan başqa, nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parkalnmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar 10 manat cərimə ediləcəklər.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm