Həlak olan neftçilərin ailələrinə hansı yardımlar ediləcək? - AÇIQLAMA
Bizi izləyin

Sosial

Həlak olan neftçilərin ailələrinə hansı yardımlar ediləcək? - AÇIQLAMA

Həlak olan neftçilərin 40 mərasiminə kimi hərtərəfli maddi və mənəvi dəstək göstəriləcək.

“Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində həlak olan neftçilərin dəfn mərasimi SOCAR tərəfindən həyata keçiriləcək.

Bu barədə Teleqraf.com-a hadisə ilə bağlı yaradılan operativ qərargahdan məlumat verilib.

Məlumata görə, həlak olan neftçilərin 40 mərasiminə kimi hərtərəfli maddi və mənəvi dəstək göstəriləcək: “Hazırda bütün diqqət neftçilərin axtarış və xilasetmə işlərinə yönəldilib. Növbəti mərhələdə itkin düşmüş neftçilərin sığorta və digər maddi yardımlarla təmin edilməsi həyata keçiriləcək.

Ötən ilin 4 dekabrında "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə təbii fəlakət nəticəsində baş vermiş qəzada həlak olan neftçilərin ailələrinə edilmiş bütün təminatlar eynilə tətbiq olunacaq. Bunun üçün həm dövlət, həm SOCAR, həm də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq kömək göstəriləcək”.

Qeyd olunub ki, eyni zamanda itkin düşmüş neftçilərin 18 yaşına kimi övladları aidiyyəti üzrə SOCAR tərəfindən himayəyə götürüləcək: “23 yaşına kimi ali təhsil olan övladlarına aidiyyəti üzrə kömək göstəriləcək. Digər maddi və mənəvi köməkliklər göstəriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm