Sosial
Bakıda cənazəni 3 gündür dəfn etməyə qoymurlar - SƏBƏBİ SİZİ ŞOKA SALACAQ!
Bu günlərdə Bakıda tükürpədici və rüsvayçı olay yaşanıb. Üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilmir. Buna səbəb qəbiristanlıq rəhbərliyinin ölü sahibindən rüşvət istəməsidir.
Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda
qalıb. Belə ki, dekabrın 20-də Yasamal rayon sakini, 60 yaşlı
Umxanım Məmməd qızı Babayev onkoloji xəstəlikdən dünyasını dəyişib.
Həyatını itirən şəxs II Alatava 86 ünvanında qeydiyyatındadır.
Lakin o, kirayə qaldığı Yasamal rayonu Mirzə Cavad Məmmədzadə (II
Yasamal) 253 ünvanda dünyasını dəyişib. Mərhumu dekabrın 21-də
Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn
etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı
tərəfindən qəbir qazılıb və hörülüb. Amma cənazənin dəfn edilməsinə
qəbiristanlıq rəhbərliyi tərəfindən imkan verilməyib.
21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə, ona anasını
torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən
bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun
yaxınları 230 manat pul ödəməlidir.
Umxanım Babayevanın oğlu bu qədər pulun olmadığını bildirdikdə
ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub. Halbuki oğlu
əvvəlcədən qəbirstanlıqda onların ailəsinə məxsus sahənin olduğunu
nəzərə çatdırıb. Şikayətçid eyir ki, dəfn üçün yeni torpaq sahəsi
almadıqlarına görə bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac
yoxdur. Buna baxmayaraq Yasamal qəbiristanlığının məsul şəxsləri
ölü sahibinə heç bir güzəştə getməyib. Ona bildirilib ki, anasının
cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək imkanı olanda
gətirib dəfn edə bilər. Çarəsiz qalan Yusif Babayev Umxanım
Babayevanın yuyulub kəfənlənmiş cənazəsini "Təzə Pir” Məscidinin
morquna yerləşdirmək məcburiyyətində qalıb.
Umxanım Babayevanın vəfat etdiyi və cənazəsinin götürüldüyü
ünvandan aldığımız məlumata görə, hazırda onun nəşi kəfənlənmiş
vəziyyətdə morqda saxlanılır. "Təzə Pir” Məscidinin rəhbərliyi də
meyitin saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını
itirmiş Yusif Babayev kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən
artıq aşağı olduğundan gündəlik 20 manatı da morqa ödəməkdə
çətinlik çəkir. Çox təssüf ki, məscidin ərazisində yerləşən Qafqaz
Müsəlmanları İdarəsi də ağılasığmaz və biabırçı olaya göz yumub. Bu
gün isə Yusif Babayev Yasamal rayon qəbiristanlığı rəhbərliyinə
anasının dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib:
"Qəbiristanlığın girişində qəbir daşları düzəldilən sexin müdiri
Məhərrəm Əliyev yerdə qalan 90 manatı gətirməyincə, ölünün
basdırılmayacağını bildirib”.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə
Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov
açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün
deyil və bu mümkünsüzdür: "Bu söhbətlər yalandır, ola bilməz. Elə
şey olmaz axı... Vətəndaş mənə zəng etsin, tapşırım. Məzar
qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək,
ya da pulunu versin. Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç
bir şey lazım deyil. Qəbirstanlıqda əgər yeri varsa, rüsum pulunu
və yenə də tikinti xərcini ödəməlidir”. Sabir Həsənovun sözlərinə
görə Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə
bilməz: "Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə
təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və
qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün
heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa
deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək.
Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və
daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləq bizim məbləğin
içərisində yoxdur”. (cebhe.info)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK