Sosial
Tarif Şurasından qaz və işıq pulu ilə bağlı yeni AÇIQLAMA
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limiti artırıb.
Publika.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Tarif (qiymət) Şurası katibinin müavini Ceyhun Nəcəfov deyib. O, bildirib ki, Tarif (qiymət) Şurasının tarif tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərar əsasında elektrik üzrə 72 faiz abonentlərə tarif dəyişikliyi təsir etməyəcəkdisə, artıq bu yeni qərardan sonra həmin abonentlərin sayı 80 faizə, təbii qaz üzrə isə həmin göstərici 62 faizdən 75 faizə yüksəlib. Başqa sözlə, tarif dəyişikliyi elektrik enerjisi üzrə hər 5 abonentdən 4-nə, qaz üzrə isə hər 4 abonentdən 3-nə təsir etməyəcək.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr
tarixlində keçirilən iclasında ölkədə aparılan sosialyönümlü
siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial
müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar
verilib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik
istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün
dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi
istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik
enerjisinin qiyməti isə 1 kilovat-saat üçün 7 qəpik səviyyəsində
saxlanılıb.
Dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, əhalinin
sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil
edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da
genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üzrə
tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi
1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin
istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata
qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın
1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO