Masazır işıqsız qaldı
Bizi izləyin

Sosial

Masazır işıqsız qaldı

yalnız qəsəbənin giriş hissəsinə elektrik enerjisi verilir.

Ötən gecədən Masazır qəsəbəsində elektrik enerjisi kəsilib.

Sakinlərin Publika.az-a verdiyi məlumata görə, yalnız qəsəbənin giriş hissəsinə elektrik enerjisi verilir. Qalan ərazilərdə isə gecə saat 02.00 radələrindən elektrik enerjisi kəsilib. Bu isə şaxtalı havada sakinlərin vəziyyətini bir az da çətinləşdirib.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a problemdən xəbərdar olduqlarını və hazırda əməkdaşların ərazidə iş apardıqlarını bildirib:

“Hazırda özüm də əraziyə gedirəm. İlkin məlumata görə, problem hava şəraiti ilə bağlıdır. Qısa zamanda aradan qaldırmağa çalışacağıq”.

T.Mustafayev bildirib ki, əhaliyə elektrik enerjisinin verilişində ciddi problem yoxdur. Bəzi yerlərdə baş verən fasilələr aradan qaldırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm