"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdirildi
Bizi izləyin

Sosial

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanun dəyişdirildi

Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilib.

Publika.az-ın məlumatına görə, hazırkı qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Dəyişiklik layihəsinə əsasən isə müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalıdır. Və digər tədbirlər görülməlidir.

Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm