• USD 1,7000 0,00% EUR 1,8907 0,00%
    • GBP 2,1838 0,00% RUB 0,0265 0,00%

Bələdiyyələrlə bağlı maliyyə pozuntusu aşkarlanıb

Bələdiyyələrlə bağlı maliyyə pozuntusu aşkarlanıb

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, komitə sədri Arif Rəhimzadə gündəlikdəki bir neçə məsələ barəsində məlumat verib.

İclasın gündəliyinə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrlə bağlı illik məruzəsi daxil edilib.

İclasda çıxış edən mərkəzin rəis müavini Fazil Məmmədov məruzəni təqdim edib.

Məruzədə diqqətə çatdırıb ki, 2016-cı ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların müraciətləri daxil olub, eyni zamanda, bələdiyyə aktlarının ekspertizası aparılıb.

Məruzədə qeyd olunur ki, ümumilikdə vətəndaşların Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciəti daxil olub:

“Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə bağlıdır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların öz aralarında olub. Ümumilikdə daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib, 3 halda maliyyə pozuntusu aşkarlanıb və həmin vəsaitlərin bərpası təmin olunub. Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, ümumilikdə il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi açılıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib.

Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb”.

Müzakirələrdən sonra məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR