Azərbaycan turizmi yeni mərhələdə
Bizi izləyin

Sosial

Azərbaycan turizmi yeni mərhələdə

Ötən il ölkəmizə 2.242.783 nəfər əcnəbi gəlib.

Ötən il Azərbaycan turizmi üçün yaddaqalan il oldu. Belə ki, istər yay aylarında və yeni il ərəfəsində ərəblərin ölkəyə axını, qış turizm mərkəzlərində qəbul edilən turistlərin sayının əvvəlki illərlə müqayisədə dəfələrlə çox olması bu sahədə canlanmadan xəbər verir.

Картинки по запросу azerbaycan bakü

Açıqlanan statistik rəqəmlər də sübut edir ki, artıq Azərbaycan beynəlxalq turizm üçün çox cəlbedici ölkələr sırasında yer alır. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783 nəfər olub ki, bu da 2015-ci il ilə müqayisədə 11.7 faiz artım deməkdir. Rusiyadan gələn xarici ölkə vətəndaşlarının sayı 7,1 faiz, İrandan gələn vətəndaşların sayı 58 faiz, Qazaxıstandan gələn vətəndaşların sayı 15,8 faiz artıb.

Ən çox kimlər gəlir?

Картинки по запросу ‫مطار شرم الشيخ‬‎

Ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil edir:

Rusiya - 33 faiz;

Gürcüstan - 22.5 faiz;

Türkiyə - 13,9 faiz;

İran - 10.9 faiz.

Əlbəttə, gələnlər sırasında qonşu ölkələrin vətəndaşları üstünlük təşkil edir. Digər ölkələrdən turist cəlbi üçün isə müvafiq addımlar atılır. Əvvəllər turist viza almaq üçün müəyyən prosedurlardan keçməli idi. İndi isə elektron viza tətbiq edilib. Hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu səbəbdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün Azərbaycan istirahət üçün əlverişli ölkələr sırasında daxil edilib.

Nəticədə 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında da artım müşahidə edilib.

Ölkəyə turist cəlbi qədər onların yerləşdirilməsi də son dərəcə önəmlidir. Bu məqsədlə Ümumiyyətlə, Azərbaycanda mehmanxanaların sayı 500-ü keçib. Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var. Bu gün beynəlxalq səviyyəli şirkətlərin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən irəli gəlir. Otel biznesinin inkişafı həmçinin ölkəmizin dünyada tanınmasına xidmət edir.

Azərbaycan cəlbedici məkanlar reytinqində

Картинки по запросу оаэ семья

Bütün bu addımlar isə ölkəmizi beynəlxalq turizm üçün çox cəlbedici məkana çevirir. Bunu yalnız biz demirik. ABŞ-ın "Huffington Post" nəşri Azərbaycanı 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil edib.

Nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı "əl dəyilməyən yer" adlandırıb. "Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi YUNESKO-nun Dünya İrsi siyahısına düşən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşrdə bu gün Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirməsindən, Bakıda həmçinin xeyli sayda muzey, teatr, kitabxana, operadan bəhs edilib. Nəşrdə məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.

Martda turist axını

Yeni ildə olduğu kimi Novruz bayramı ərəfəsində də ölkəyə yenidən turist axını olacağını gözlənilir. Hələ dekabr ayından Novruz bayramı üçün də otellərdə 60-70 faiz tutulub. Bu yerləri bronlaşdıranlar isə əsasən, ərəb ölkələrindən olan və iranlı turistlərdir.

Картинки по запросу туристы в баку

Azərbaycan istər mart, istərsə də yay aylarında İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər və İrandan daha çox turistlər üçün əlverişli məkan olacaq.Bu siyahıya Rusiyadan, Qazaxıstan,Malayziya, Sinqapur, İndoneziya, Hindistan, Pakistanı da əlavə edə bilərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm