Sosial
Evli kişi başqa qadını da sevirsə, nə etməlidir?

Sevgidə məqsəd evlənmək olmalıdır. Belə bir məqsədlə sevən kişi üçün şəriətimiz ədalətli olacağı təqdirdə ikinci qadınla evlənməyə icazə vermişdir.
Publika.az zikr.az-a istinadən bildirir ki,
həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni,
evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Əksinə
hədisdə deyildiyi kimi "qadınla kişi bir-birlərinə sevgi ilə
baxdıqda, Uca Allah da onlara rəhmət gözü ilə baxar". Bu barədə Uca
Allah buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz
cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və
mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən,
bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"
(ər-Rum, 21).
Sizin halda isə bundan qaçmaq yaxşıdır. Evlənmək niyyəti ilə
olmayan sevgi, sevənlər bir-birinə qovuşmadığı üçün sonradan
iztiraba və qəlb xəstəliyinə çevrilə bilər. Ona görə sevməmişdən
öncə düşünüb götür-qoy etməyiniz və böyüklərlə danışmağınız
məsləhət görülür. Haram sevgi isə şeytanın insana vəsvəsə etdiyi
sevgi xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya
rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi"
adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam
adət-ənənəsi ilə tərbiyyə olunan cəmiyyətə yeritmək istəyənlər
özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək
istəyirlər.

-
Rəsmi xronika11:15
Əliyevlə Paşinyanın təkbətək görüşü keçirilir
-
Region09:54
İrəvanda səhər belə açıldı: “Daşnakçılar”ın evlərində axtarış başlandı
-
Cənubi Qafqaz09:36
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia
-
Nida Xəbər 09:24
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
-
Avropa09:12
Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi
-
Nəqliyyat08:37
Bakının bu yollarında tıxac yarandı
-
Sağlamlıq07:35
İynə-dərmanla arıqlamağa son! - Yapon alimlərindən inanılmaz kəşf
-
Dünya07:15
6 uşaq atası evdəki bütün pulu oğurlayıb oğlunun azyaşlı nişanlısı ilə qaçdı