Azərbaycanda daha çox 40 yaşadək kişilər narkotikdən zəhərlənir
Bizi izləyin

Sosial

Azərbaycanda daha çox 40 yaşadək kişilər narkotikdən zəhərlənir

Azərbaycanda narkotiklərlə zəhərlənmələr 40 yaşadək kişilər arasında qeydə alınır.

Azərbaycanda narkotiklərlə zəhərlənmələr daha çox 20-40 yaşlı kişilər arasında qeydə alınır.

Publika.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2015-ci illə müqayisədə 2016-cı ildə narkotiklərlə zəhərlənmə halları azalıb. 2015-ci ildə 72, 2016-cı ildə 47 nəfər narkotikdən zəhərlənib. Onların da əksəriyyəti heroin adlı narkotiklərdən zəhərlənib.

İ.Əfəndiyev bildirib ki, Azərbaycanda yeni tip narkotiklərlə zəhərlənmə halları müşahidə edilmir.

Bunu Azərbaycanın sərhəd-keçid məntəqələrində ciddi nəzarətin nəticəsi sayan İ.Əfəndiyev bildirib ki, Avropa ölkələri üçün sintetik narkotiklərdən zəhərlənmə böyük bir problem olsa da, Azərbaycanda bu hal müşahidə edilmir: “Azərbaycanın gömrük, hüquq-mühafizə orqanları bu işlərə çox ciddi nəzarət edirlər. Ona görə Azərbaycanda belə narkotiklərdən zəhərlənmə halları qeydə alınmır”.

İ.Əfəndiyev qeyd edib ki, bir çox ölkələrin yeniyetmələri üçün xarakterik olan zəhərlənmələr - yapışqanların iylənilməsi ilə baş verən zəhərlənmələr Azərbaycan üçün xarakterik deyil: “Azərbaycanda 1990-cı illərin əvvəllərində belə zəhərlənmələr var idi. Lakin son 15-20 il ərzində belə zəhərlənmələr qeydə alınmayıb. Yəni, xəstəxanaya belə xəstə daxil olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm