Sosial
Hirsinizi uşağın üstünə tökməyin... - Psixoterapevt məsləhəti
Publika.az psixoterapevt Sevinc İsmayılovanın məqaləsini təqdim edir.
Deyirsiniz ki, uşağınız aqressivdir? Bəlkə təmas hisslərini məhv
etmisiniz?
İnsan övladının özünü müdafiə etmək üçün istifadə etdiyi ən yayğın
duyğu aqressivlikdir. Aqressivlik deməyək, daha doğrusu təcili
yardım duyğusudur.
Nə üçün təcili yardım?
Təcili yardım zamanı biz dərhal bütün işlərimizi atıb ehtiyacı olan
insana kömək etməyə çalışırıq. Uşaq da təcili yardım işığını sırf
bu davranışlarla basır ki, valideyn tez bir zamanda uşaqda olan
ruhsal sıxıntını həll etməyə çalışsın. Uşaqda olan sözə baxmamaq,
uşaqları dişləmək, özünə qapanma, ləng davranışlar, yeməyi gec
yemək, dərs oxumamaq, ətrafa zərər vermək, insanlara zərər vermək,
oğurluq, yalan, dırnaq yemə və s. davranışları aqressiv
davranışlardır.
Aqressiv davranışların səbəblərini indiki dövrdə artıq hər kəs
bilir. Bunlar ailə faktoru, televizor, ətraf faktoruna bağlı
səbəblərdir. Az hallarda beyin zədələnməsi insanda aqressiv
davranmaya səbəb olur.
Amma bu məqalədə hisslərin aqressivliyə necə səbəb olduğundan
danışacağıq. Bizi həyata bağlayan hisslərimizdir. Hisslər 2
cürdür:
1. Müdafiə hissi - insandan 50 sm məsafədə yaranan özünü qoruma
hissidir. Biz hər kəslə və ya hər şeylə 50 sm məsafədə özümüzü
qoruyuruq. Özümüzə rahat, hüzur verəcək ortam yaratmağa
çalışırıq.
2. Təmas hissi - Müdafiə hissini yaratdıqdan sonra həyatı hiss
etmək, güvən, sevgi üçün yaranır.
Biz uşaqlarımızla 2 cür təmas hissi yarada bilərik.
1. Oyuncaqlarla - uşaqla onun istədiyi tərzdə oynayaraq uşağın
ruhunu dolduraraq. Uşağınızla oynarkən yavaş, təmkinli, tələsmədən,
emosiyalı şəkildə, duyğularınızı paylaşaraq oynamaq lazımdır ki,
uşaq ruhsal təmas quraraq ruhsal rahatlama yaşasın, əks halda, uşaq
sizinlə oyun oynamaqdan doymayacaq və daha çox oyun oynamaq
istəyəcək.
2. Oyuncaqsız - uşağınızla danışaraq. Məsələn: Oğlum, bilirsən, mən
uşaq vaxtı nənəmlə meşəyə moruq yığmağa gedərdim. Bu tipdə öz həyat
hekayənizi paylaşaraq uşağı o aləmin içinə salırsınız. Və danışıqla
oyununuz başlayır. Uşaq sizi diqqətlə dinləyir, sizə suallar verir
və siz maraqla əhvalatınızı danışırsınız.
Bu təmas hisslərini qura bilmək üçün uşağınızın ehtiyacını
ödədiyinizdə özünüzü uşağınıza verin. Sanki utopik bir dünyanın
içinə girirmiş kimi təsəvvür edin. O dünyada yalnız siz və uşağınız
olacaq və oranı uşağınız idarə edir. Lakin yanlış addımlarına
düzəlişlər edin. Əgər bu ruhsal təmas hisslərini qura
bilmirsinizsə, uşağınız müdafiə hisslərini istifadə etməyə
başlayır. Uşaq zərər gördükcə hissləri bastırılır, strukturu
pozulur, ruhu darmadağın olur (Ona görə qardaşını dişləyir,
gələcəkdə yoldaşıyla dolana bilmir). Uşağınızla ruhsal təmasınız
onu cəzalandıraraq, vuraraq, tərsliyərək, müqayisə edərək,
alçaldaraq, yanında kiminləsə mübahisələrə girərək, yalan
danışaraq, oğurluq edərək məhv olacaq və uşaq onda qalan müdafiə
hissləriylə davranacaq, çünki uşaq özünü qorumalı, acıdan
qaçmalıdır. Özünə hüzurlu ortam yaradana qədər müdafiə hisslərilə
davranacaq. Bunu da o, aqressiv davranışlarıyla göstərir. Uşaq bir
davranışı yanlış görürsə, demək, zehni qayğılıdır, bu da onun
yanlış davranışına səbəb olur. Özünü davranışda düzgün göstərə
bilmir.
İndi deyəcəksiniz ki, biz də uşaqlıqda döyülmüşük, söyülmüşük,
anamız ev işlərinə görə bizimlə oynamayıb, atamız pul qazanmaqdan
ötrü bizə tərəf baxmayıb, amma sağlam yetişib ailə sahibi olmuşuq
və həyatımızda hər şey əladır və s. Bu cümlələrin altında o qədər
yetərsizlik hissləriniz, aşağılıq kompleksləriniz yatır ki, ona
görə özünüzü müdafiə etməyə çalışırsınız. İncinməkdən qorxduğunuz
üçün müdafiə hisslərinizi istifadə edirsiniz. Elə o dediklərinizə
görə uşağınızla ən asan oyunları belə oynaya bilmirsiniz, hirsinizi
ona tökürsünüz, yoldaşınızla yola getmirsiniz, insanlar içində
özünüzü rahat ifadə edə, uşağınıza, yoldaşınıza toxuna bilmirsiniz,
hiss edərək yemək bişirmirsiniz, yoldaşınızın işdən gəlməyini
həvəslə gözləmirsiniz, axşam tez gəlsin uşağı yatızdırım
təlaşındasınız və s.
Ona görə uşağınızı tərbiyə edərkən cəzadan uzaq durun. Cəza uşağın
psixoloji, koqnitiv inkişafını ləngidir. Cəza təmas hisslərimizi
məhv edir. Uşaq müdafiə hisslərilə başbaşa qalıb həyatda durmağa
çalışır. Uşağınızın ruhsal doyumu üçün valideyn və müəllim
ünsiyyəti vacibdir. Bizim sağlam psixologiyamızın təməlini valideyn
və müəllimlər qoyur. Geridə qalan ətraf mühitdə öyrənilmiş yanlış
davranışlar düzəldilməklə keçəcək. Lakin valideyn və müəllimin
qoyduğu zərəri heç kim düzəldə bilməz.
Unutmayın, uşaq cəza aldıqca hisslərini itirəcək. (ailem.az)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO