Bir neçə rayonda qaz olmayacaq - SİYAHI
Bizi izləyin

Sosial

Bir neçə rayonda qaz olmayacaq - SİYAHI

Sabah bir neçə rayonda təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Fevralın 6-da saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Publika.az "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr xidmətinə istinadən xəbər verir ki, mədudlaşma istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədardır.

"Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. "Azəriqaz" yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - qurumun məlumatında bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm