Azərbaycan 21 ton fındıqla bağlı araşdırma aparır
Bizi izləyin

Sosial

Azərbaycan 21 ton fındıqla bağlı araşdırma aparır

21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.

Azərbaycandan Rusiyaya aparılan 21 ton fındıqda karantin obyekti olan küsküt otunun aşkar olunması ilə bağlı araşdırma aparılır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat xidmətindən deyilib. Məlumatda bildirilib ki, araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycandan Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındıq karantin obyektinin mövcudluğu səbəbindən sərhəddə saxlanılıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin mətbuat xidmətinin məlumatına əsasən yük “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Karantin fitosanitar nəzarəti nəticəsində fındıq ləpəsinin Rusiya ərazisinə buraxılması qadağan edilib.

Küsküt yonca, kəklikotu, gicitkan otlarına sarılıb böyüyən bu bitki toxumdakı qidalandırıcı maddələri yeyir, kökü olmayan bitkinin sapları cəhrayıdır. Başqa bitkilərə sarılaraq, onu yeməklə böyüyür. Torpaqdan spiral şəklində çıxan ot başqa bitkidən tutmaq məcburiyyətindədir. Belə olmayanda isə özü-özünü yeyir. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm