Novruz bayramında əfv gözlənilir
Bizi izləyin

Sosial

Novruz bayramında əfv gözlənilir

“Müraciətlərin sayı çoxdur".

Bu ilin martında Prezident İlham Əliyev tərəfindən əfv fərmanının imzalanması gözlənilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, qarşıdan gələn Novruz bayramı ərəfəsində dövlət başçısı tərəfindən növbəti əfv fərmanı imzalana bilər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Məlah İbrahimqızı Publika.az-a deyib ki, üzvü olduğu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına xeyli sayda müraciətlər daxil olur:

“Müraciətlərin sayı çoxdur. Təkcə mənə deyil, digər üzvlərə də müraciətlər göndərilir. Biz də onları araşdırıb təhlil edirik. Ancaq əfvin olub-olmaması və dəqiq vaxtı ilə bağlı heç bir söz deyə bilmərəm. Çünki əfv fərmanının nə zaman imzalanması yalnız cənab Prezidentin səlahiyyətində olan məsələdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm