Qarlı havda sakinləri evlərində donduran DÖVLƏT QURUMLARI
Bizi izləyin

Sosial

Qarlı havda sakinləri evlərində donduran DÖVLƏT QURUMLARI

Hava şəraiti qurumların işinə necə təsir edib?

Respublika ərazisində müşahidə olunan qarlı hava şəraiti nəqliyyat vasitələrinin hərəkətinə təsir edib. Hər dəfə hava soyuyanda kommunal xidmətlərdə problemlərin yaşanması artıq adi hala çevrilib.

Redaksiyamıza olan müraciətlər deməyə əsas verir ki, hazırda paytaxtın Binəqədi, Yasamal, Sabunçu rayonu Zabrat1 qəsəbələrində təbii qazın verilişində problemlər yaşanır. İnsanlar evlərində soyuqdan donur.

Bəs hazırda respublikada qaz, işıq və su ilə təminatınızı həyata keçirən qurumlar hansı işlər görür?

Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev təbii qazın təchizatında heç bir problem olmadığını qeyd edib: “Lakin hava şəraiti ilə bağlı bu gün üçün Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarında planlaşdırılan təmir işlərimiz təxirə salındı. Əgər abonentlərin ehtiyacı artarsa, qazın təzyiqi də artırıla bilər. Hazırda isə təchizat təlabata uyğundur”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də elektrik enerjisi ilə təminatda problem olmadığını deyib: “Bu vaxta qədər apardığımız təmir və yenidənqurma işləri səbəbindən elektrik enerjisi ilə təchizatda heç bir şikayət qeydə alınmayıb. Əgər fərdi qaydada problemlər yaşanarsa, “199 Çağrı Mərkəzi”nə müraciət edə bilərlər”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da bu saata qədər quruma heç bir müraciətin daxil olmadığını bildirib: “Mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb. Bununla yanaşı əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm